Torpaq çərşənbəsi qeyd olundu
Martın 14-də məktəbdə İlaxır çərşənbə qeyd olundu. Çərşənbələrin sonuncusu olan Torpaq çərşənbəsi öz gəlişi ilə elin, obanın yazı qarşılamağa hazır olduğunu bildirir. ll c, IV b və lV c siniflərinin birgə hazırladığı Torpaq çərşənbəsi şənliyi məktəbin akt zalında keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Daha sonra canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və Novruz bayramının tarixi kökləri, qeyd edilmə adətləri haqqında məlumat verdi. Tədbirdə şagirdlərin iştirakı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, səhnəciklər nümayiş etdirildi. Xüsusilə məktəbin şagirdlərinin söylədikləri Novruz şeirləri, Kosa-Keçəlin səhnəcikləri , müxtəlif musiqi nömrələri tədbir iştirakçılarında böyük maraq yaratdı. "Bahar çələngi" layihəsi çərçivəsində məktəbin şagirdləri bayramı tərənnüm edən Novruzun gözəl adətlərinə həsr edilmiş İlaxır çərşənbəni qeyd etdilər.