Vətən müharibəsi şəhidi baş leytenant Abdullazadə Həsənağanın ad günü

Martın 9-da məktəbin ibtidai sinif müəllimi Təranə Ağayevanın iştirakı ilə 2 c sinif şagirdləri Vətən müharibəsi şəhidi baş leytenant Abdullazadə Həsənağanın ad günü ilə əlaqədar olaraq, şəhidin ailəsini ziyarət etdi. Şagirdlər şəhidin qısa zamanda keçdiyi həyat yolunu ana və atasından dinlədilər. Qeyd edək ki, Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı Abdullazadə Həsənağa 02 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Kəlbəcərin azad olunmasına" görə medalları və "Rəşadət" ordeni ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi