Məktəbimizdə “Ekoloji aylıqlar” layihəsinə start verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəbimizə ünvanladığı məktuba əsasən Ekoloji aylıqlar çərçivəsində yanvar ayı məktəbimizdə “Ekologiya və İqtisadiyyat” aylığı elan olunmuşdur. Bu məqsədlə məktəbimizdə Tədbirlər planı işlənib, hazırlanmış və icrasına başlanılmışdır. 10.01.2017-ci il tarixdə VIII sinif şagirdləri ilə “Ekologiya və İqtisadiyyat” mövzüsunda dəyirmi masa keçirildi. Tədbirə məktəbin direktoru Arizə xanım Mahmudova Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir.” fikri ilə başladı. O, qeyd etdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi də bu layihəni “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu layihəyəyə məsul şəxs kimi təyin olunmuş məktəbimizin coğrafiya müəllimi Novruzova Könül “Ekologiya və İqtisadiyyat” mövzüsu ətrafında şagirdlərlə fikir mübadiləsi apardı. Tədbir zamanı ekologiyaya dair şagirdlərin hazırladıqları təqdimatlar nümayiş etdirildi. İştirak edən şagirdlərimizə layihə çərçivəsində uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi