"8 Mart Beynəlxalq Qadınlar günü" münasibəti ilə tədbir

Martın 7-də məktəbin şagirdlərinin iştirakı ilə "8 Mart Beynəlxalq Qadınlar günü" münasibəti ilə tədbir keçirildi.Tədbirdə şagirdlər müəllimlərini şeir, musiqi, rəqslərlə təbrik etdilər. Şagirdlər "Beynəlxalq Qadınlar günü" ilə bağlı məlumat verərək bildirdilər ki, 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Tədbir şagirdlərin ifasında rəqs və səhnəciklərlə davam etdi. Tədbirin sonunda məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, “8 Mart Beynalxalq Qadınlar Günü” münasibəti ilə bütün Azərbaycan qadınlarının bayramını təbrik edərək onlara xoşbəxtlik, səadət, işlərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi