“Şən startlar” idman yarışı
Martın 2-də "5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar olaraq, məktəbin fiziki tərbiyə müəllimləri Natiq Quliyev və Murad Mehdiyevin rəhbərliyi ilə “Şən startlar” idman yarışı keçirildi. Yarışda məktəbin VI a və VI b sinif şagirdləri müxtəlif estafetlərlə yarışdılar. Sonda qiymətləndirmənin nəticəsi olaraq, VI b sinfi qalib oldu. Qalib komanda məktəb rəhbərliyi tərəfindən diplomla təltif olunacaq