Vlll-XI sinif şagirdləri arasında qol güləşi yarışı
Martın 2-də "5 mart-Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar olaraq, məktəbin fiziki tərbiyə müəllimləri Natiq Quliyev və Murad Mehdiyevin rəhbərliyi ilə Vlll-XI sinif şagirdləri arasında qol güləşi yarışı keçirildi. Yarışın nəticələrinə görə qızlar arasında I yerə- 10 a sinif şagirdi Şirvanlı Tamilla, oğlanlar arasında isə 10 a sinif şagirdi Hüseynov Mehdi layiq görüldü. Tədbirin sonunda isə məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, idman yarışında qalib gələn şagirdləri təbrik etdi və onlara uğurlar arzuladı.