“Sağlam qida” mövzüsunda sinif təşkilat saatı
"5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar olaraq, məktəbin ibtidai sinif müəllimi Nuranə Quliyeva “Sağlam qida” mövzüsunda sinif təşkilat saatı keçirdi. Təşkilat saatında qida zəhərlənmələrindən, yuxarı və aşağı risk qrupuna daxil olan qidalar barədə şagirdlərə geniş məlumat verildi. Nuranə Quliyeva çıxış edərək bildirdi ki, Özümüzün və ətrafımızın sağlam qida ilə təmin olunması üçün əlimizdən gələni etməli, gələcək nəsil ilə biliklərimizi paylaşmalıyıq. Çünki sağlam qida uzun, xoşbəxt və sağlam həyatın açarıdır. Məqsəd şagirdlər arasında düzgün qida mədəniyyəti, sağlam qida məhsullarının seçimi ilə bağlı maarifləndirmə, sağlam həyat tərzinin və fiziki aktivliyin artırılmasının təbliğidir.