“Sağlam qida” mövzüsunda seminar
"5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar olaraq, məktəbin biologiya müəllimi Nərgiz Hüseynova “Sağlam qida” mövzüsunda seminar keçirdi. Seminarda qida zəhərlənmələrindən, yuxarı və aşağı risk qrupuna daxil olan qidalar barədə şagirdlərə geniş məlumat verildi. Nərgiz Hüseynova çıxış edərək bildirdi ki, Özümüzün və ətrafımızın sağlam qida ilə təmin olunması üçün əlimizdən gələni etməli, gələcək nəsil ilə biliklərimizi paylaşmalıyıq. Çünki sağlam qida uzun, xoşbəxt və sağlam həyatın açarıdır. Seminarın keçirilməsində məqsəd şagirdlər arasında düzgün qida mədəniyyəti, sağlam qida məhsullarının seçimi ilə bağlı maarifləndirmə, sağlam həyat tərzinin və fiziki aktivliyin artırılmasının təbliğidir.