"Ən sürətli şagird" qaçış yarışı
"5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar olaraq, məktəbin fiziki tərbiyə müəllimləri Natiq Quliyev və Murad Mehdiyevin rəhbərliyi ilə "Ən sürətli şagird" qaçış yarışı keçirildi. Yarış məktəbin lV-XI sinif şagirdləri arasında təşkil olundu. Yarışın nəticələrinə görə qalib gələn şagirdlərə məktəb rəhbərliyi tərəfindən diplomlar təqdim olunacaq.