"Heydər Əliyev" ilinin elan olunması ilə bağlı seminar

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə bağlı məktəbin tədbirlər planına uyğun olaraq, fevralın 27-də məktəbin tarix müəllimi Elşən Zeynalov seminar keçirdi. Seminarda Ümummilli liderin keçdiyi həyat yolu haqqında geniş məlumat verildi. Elşən Zeynalov çıxış edərək, Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün,doğma vətəni yolundakı misilsiz xidmətləri haqqında ətraflı danışdı.2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Tədbir Ümummilli lider Heydər Əliyevə həsr olunmuş təqdimatın nümayişi ilə bitdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi