Xocalı faciəsinin otuz birinci il dönümü ilə bağlı xüsusi dərs

Xocalı faciəsinin otuz birinci il dönümü ilə bağlı məktəbin ibtidai sinif müəllimi Ruhanə Yaqubovanın iştirakı ilə xüsusi dərs keçirildi. Dərsin keçirilməsində məqsəd Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirməkdən ibarətdir. Dərs Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Qeyd olundu ki, Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi