“Xocalı faciəsinin otuz birinci il dönümü” ilə əlaqədar tədbir

            Fevralın 24-də məktəbdə “Xocalı faciəsinin otuz birinci il dönümü” ilə əlaqədar tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Əvvəlcə faciə qurbanlarının və torpaqlarımızın azadlığı, dövlət müstəqilliyimiz üğründa həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən şagirdlər Xocalının qədim mədəniyyət və yaşayış məskəni olduğu haqqında tarixi məlumatları və fevralın 25-dən 26–na keçən gecədə Xocalıda baş verən tarixi-faciəni tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Şagirdlərin ifasında şeirlər səsləndirilib, səhnəciklər nümayiş etdirildi. Qeyd edək ki, tədbir məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nübar Rüstəmova tərəfindən təşkil olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi