“Susma, səsini eşitdir!”

       Fevralın 24-də Maştağa Mədəniyyət Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından Aytən xanım, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov (Qaraçaylı), Sabunçu rayonunun Maştağa bələdiyyəsinin sədri, Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları, qəsəbənin 209, 255, 293, 187, 128, 108, 22, 28 nömrəli tam orta məktəblərin direktorları, müəllim və şagirdlər iştirak edirdilər. Öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər. Daha tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdi. Sonda “Susma, səsini eşitdir!” layihəsində fəal iştirakına məktəbin direktoru Səbahət Ağayeva və 8 b sinif şagirdi Novruzov Məhəmməd, 10 a sinif şagirdi Xəlilova Səadət diplom və hədiyyələrlə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi