Valideyn iclası

Fevralın 21-də məktəbin 5 a və 2 c siniflərində "2022/2023-cü tədris ilininin birinci yarımilin sonu və ikinci yarımildə qarşıda duran vəzifələr"ə həsr olunmuş valideyn iclası keçirildi. İclasda məktəbin direktoru Səbahət Ağayeva, hər bir sinfin sinif rəhbəri, eləcə də fənn müəllimləri hesabatla çıxış etdilər. Şagirdlərin dərsə davamiyyəti və məktəbdə keçirilən monitorinqlərin nəticələri haqqında valideynlər məlumatlandırıldı. Məktəbli formasına, məktəbli kitabçasına, təlim nəticələri və davamiyyəti zəif olan şagirdlərin valideyinlərinə xüsusi tapşırıqlar verildi. Zəif qiymətlərlə oxuyan şagirdlərlə işin təşkili, dərslərin tədrisi vəziyyəti müzakirə edildi. Sonda valideynlərin irad və təklifləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi