“Çörək bərəkətdir”
Fevralın 21-də məktəbin IV b sinif müəllimi Mətanət Məmmədovanın və şagirdlərinin iştirakı ilə “Milli-mənəvi dəyərlərimizi qoruyaq” mövzüsunda “Çörək bərəkətdir” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlandı. Daha sonra vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Səbahət Ağayeva açdı. O söylədi ki, bu gün çörək insanlıq üçün həyatta qalmağı, əməyi, alın tərini və bölüşməyin simvoludur. Çörək əvəzolunmaz bir nemətdir. Qonaq gedilən hər yerdə süfrəyə birinci çörək gətirirlər. Çünki çörək süfrələrin şahıdır. Çörək elin varı, elin sərvətidir. Direktorun çıxışından sonra tədbir şagirdlərin çıxışları, səhnəcikləri davam etdi. Biz bununla bir daha sübut etdik ki, Azərbaycan xalqı çörəkli, çörək qazanan xalq olduğu qədər, çörəyə dəyər vermək, onu uca tutmaq keyfiyyətini də itirməyib.