VI-VIII siniflərin valideyn iclası
Fevralın 16-da məktəb rəhbərliyinin iştirakı ilə VI-VIII siniflərin valideynlərinin iştirakı ilə valideyn iclası keçirildi. Məktəbin direktoru Səbahət Ağayeva şagirdlərin təlim nəticələri və I yarımildə keçirilən böyük summativ qiymətləndirmələrin nəticələri barədə valideynlərə məlumat verərək qeyd etdi ki, müəllimlə valideyn əlaqəsi məktəbin qarşısında mühüm vəzifələr qoyur. Bu məqsədlə valideyn və şagirdlər birgə fəaliyyətə cəlb olunmalıdır. Daha sonra şagirdlərin dərsə davamiyyəti, məktəbdə keçirilən monitorinqlərin nəticələri haqqında valideynlər məlumatlandırıldı. İclasda zəif qiymətlərlə oxuyan şagirdlərlə işin təşkili, dərslərin tədrisi vəziyyəti müzakirə edildi.