"Ən səliqəli dəftər" müsabiqəsi

Məktəbin fəaliyyət planına əsasən fevralın 15-də I-IX sinif şagirdləri arasında "Ən səliqəli dəftər" müsabiqəsi keçirildi. İlk öncə bütün siniflərdən ən nümunəvi dəftərlər yoxlanılaraq, yığıldı. Müsabiqə bitdikdən sonra dəftərlər şagirdlərin ilkin qiymətləndirməsi üçün məktəb daxilində yaradılan komissiya üzvlərinə təhvil verildi. Müsabiqəyə məktəb rəhbərliyi və azərbaycan dili və ədəbiyyat müəllimləri nəzarət edirdi. Əsasnaməyə uyğun meyarlar üzrə ən yüksək bal toplamış şagidlər və siniflər məktəb rəhbərliyi tərəfindən l yer-lV c sinfi, ll yer-ll a sinfi, lll yerə -l a sinfi layiq görüldü. Həmçinin 7 şagird fərqlənmə diplomu ilə təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi