9-cu siniflərin buraxılış imtahanına hazırlığı

2022/2023-cü tədris ilinin sentyabr ayından 9-cu siniflərin buraxılış imtahanına hazırlığı məqsədilə məktəbdə komissiya yaradılmışdır. Məktəb rəhbərliyi tərəfindən tərtib olunmuş cədvələ əsasən fənn müəllimləri şagirdlərlə mütəmadi məşğul olmuş və bu gedişatın yoxlanılması məqsədilə monitorinqlər keçirilmişdir. Keçirilən monitorinqlərin nəticələrinin müzakirə edib güclü və zəif tərəflərin aşkar etmək, şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə 9-cu siniflərdə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq məqsədilə fevralın 8-də məktəb rəhbərliyi və 9-cu siniflərdə dərs deyən buraxılış imtahanı üzrə fənn müəllimləri və həmin siniflərdə əlavə hazırlıq məşğələsi keçən müəllimlərin iştirakı ilə iclas keçirildi. İclasda 9-cu siniflərdə keçirilən sınaq və monitorinqlərin nəticələri müzakirə olundu və nəticələri yüksəltmək üçün müzakirələr aparıldı. Nəticələri zəif olan şagirdlər müzakirə olundu. Fənn müəllimlərinə nəticəni yaxşılaşdırmaq üçün tövsiyyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi