44 günlük Vətən müharibəsi şəhidi Şəfizadə Salehin Anım günü

Məktəbin rəhbərliyi, müəllim və şagird heyəti daim şəhidlərimizi yad edir və onların ailələrini ziyarət etməkdə davam edirlər. Fevralın 8-də Maştağa qəsəbəsinin 44 günlük Vətən müharibəsi şəhidi Şəfizadə Salehin Anım günü ilə əlaqədar olaraq, məktəb rəhbərliyi, bir qrup müəllim və şagird heyəti şəhidin məzarını və ailəsini evində ziyarət etdilər. Şagirdlər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı üzərinə qərənfillər qoydular və vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Həmçinin Maştağa qəsəbə Şəhidlər xiyabanı da ziyarət olundu, şəhidlərimizin unudulmaz xatirəsi şagird və müəllimlərimiz tərəfindən daima hörmət və ehtiramla yad edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi