“Heydər Əliyevin Azərbaycanda maddi və milli-mənəvi dəyərlərin qorunmasında yeri və rolu”

Fevralın 7-də məktəbin tarix müəllimi Mehriban Poladovanın iştirakı ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin Azərbaycanda maddi və milli-mənəvi dəyərlərin qorunmasında yeri və rolu” adlı seminar keçirildi. O çıxış edərək bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti hər bir Azərbaycan övladı üçün örnəkdir və milli-mənəvi dəyərlərin təbliği üçün ən gözəl nümunədir. Qeyd edilib ki, mütəmadi olaraq müxtəlif mövzularda təşkil olunan seminarlar Heydər Əliyev irsinin, Ümummilli liderin Azərbaycanın bütün sahələrdə inkişafındakı rolunun öyrənilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi