“Bullinq nədir?” adlı seminar
Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihənin həyata keçirilməsi ilə əlaqədar olaraq, azərbaycan dili və ədəbiyyat müəllimi Bəsti Cəbrayılovanın iştirakı ilə “Bullinq nədir?” adlı seminar keçirildi. Seminarda Bəsti Cəbrayılova çıxış edərək, mövzu ətrafında müzakirələr apardı, dövrümüzün qlobal problemlərindən olan bullinq (qısnama) və onun törətdiyi fəsadlar barədə ətraflı məlumat verdi, məktəbdə və ailədə bu cür halların aradan qaldırılması yollarından söz açdı. Şagirdləri maraqlandıran sualları cavablandırdı. Ardınca mövzu ilə bağlı videoçarx nümayiş etdirildi. Məqsəd şagirdlərə bullinq davranışı haqqında məlumat vermək və bullinqlə mübarizə aparmağın yollarını izah etməkdən ibarət idi.