"Şiddətə yox deyək!"adlı rəsm müsabiqəsi

Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihənin həyata keçirilməsi ilə əlaqədar olaraq, məktəbin təsviri incəsənət müəllimi Dürdanə Allahverdiyevanın iştirakı ilə məktəbdə "Şiddətə yox deyək!"adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqənin məqsədi məişət zorakılığı anlayışı, məişət zorakılığı halları və onun doğurduğu mənfi nəticələr barədə şagirdlər arasında məlumatlılığın artırılması, yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi, bu problemin miqyası, təzahürü və cəmiyyətin müxtəlif sahələrinə mənfi təsiri barədə maarifləndirmə işinin aparılmasıdır. Müsabiqənin nəticələrinə görə qalib gələn şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırılacaqdır. Şagirdlərin əl işlərindən ibarət məktəbdə sərgi hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi