"Sağlam yeniyetməlik" layihəsi çərçivəsində görüş

Məktəbdə mütəmadi olaraq təhsildən yayınan qızların təhsilə cəlb olunması, erkən nigahın qarşısının alınması istiqamətində məktəb rəhbərliyinin iştirakı ilə maarifləndirmə işləri aparılır, valideyn iclasları keçirilir, seminarlar təşkil olunur və layihələr həyata keçirilir. Bu istiqamətdə həyata keçirdiyimiz layihənin davamı olaraq, "Gənc Qadınlar Sülh uğrunda" təşəbbüs qrupunun təşkilatçılığı ilə 7 regionda keçirilən "Sağlam yeniyetməlik" layihəsi çərçivəsində məktəbdə fevralın 2-də görüş keçirildi. Bu gün keçirilən görüşdə "Gənc Qadınlar Sülh uğrunda" təşəbbüs qrupunun üzvləri ilə yanaşı, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə və Böyük Britaniya səfirliyinin nümayəndələri də iştirakı edirdi. Görüş 9, 10 və 11-ci sinif qızları arasında Reproduktiv sağlamlıq, Gender bərabərliyi, Qızların təhsildən yayınması mövzusunda təşkil olundu. Gender bərabərliyi, dərsə davamiyyət, qızların təhsili mövzularında məlumat verilib, həmçinin təhsildən yayınma və onun səbəbləri haqqında danışılıb, fəsadları izah edildi. Həmçinin təlimçilər tərəfindən şagirdlərə yeniyetməlik dövrünün xüsusiyyətləri, şəxsi gigiyena qaydaları və s. barədə ətraflı məlumat verməklə yanaşı,repreduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğu qeyd edildi, insan təkmilləşdikcə reproduktiv sağlamlığın da inkişaf etməsi barədə söhbətlər aparıldı. Belə görüşlərin keçirilməsində məqsəd şagirdlərin təhsildən yayınmasının qarşısını almaqdan, təhsilə maraqlarının artırılmasından və onların reproduktiv sağlamlıqlarının qorunmasından ibarətdir. Görüşdə qeyd olundu ki, bu əməkdaşlıq əslində şagirdlərin elmə, təhsilə maraqlarının artmasına, onların intellektual səviyyələrinin, dünyagörüşlərinin yüksəldilməsinə xidmət edəcəkdir. Görüş olduqca mənalı keçib və şagirdlərin hədsiz marağına səbəb olub.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi