"Bullinq nədir?" adlı seminar
Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihənin həyata keçirilməsi ilə əlaqədar olaraq, məktəbin psixoloqu Sevinc Muradovanın iştirakı ilə "Bullinq nədir?" adlı seminar keçirildi. Sevinc Muradova xüsusilə, yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi fiziki və psixoloji travmalara və faciələrə səbəb olduğunu qeyd etdi, bundan yarana biləcək fəsadlar haqqında danışdı. Sonda şagirdlərlə mövzuya dair müzakirələr aparıldı, bullinqə qarşı mübarizə yolları araşdırıldı. Seminarın təşkil olunmasında məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.