“Susma, səsini eşitdir!” adlı seminar
Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihənin həyata keçirilməsi ilə əlaqədar olaraq, fevralın 1-də məktəbin tarix müəllimi Mehriban Poladovanın iştirakı ilə seminar keçirildi. Seminarda Mehriban Poladova çıxış edərək qeyd etdi ki, Azərbaycanın gələcəyi olan şagirdlərimizi müxtəlif mövzularda maarifləndirmək, onları pis vərdişlərdən uzaqlaşdırmaq, onlarda vətənə məhəbbət hissi aşılamaq, öz hüquq və qanunlarını bilməyi anlatmaq, məişətdə baş verən zorakılıqlardan uzaq olmağı tövsiyə etmək, şagirdləri nizam-intizamlı olmağa dəvət etmək məqsədilə məktəbdə mütəmadi olaraq seminar və tədbirlər təşkil edilir. Seminarda şagirdlərə maarifləndirici slaydlarda fiziki zorakılıq, emosional zorakılıq, mənəvi zorakılıq və s. haqqında məlumat verildi, müxtəlif növ zorakılıqların qarşısının alınmasının üsul və növləri müzakirə olundu.