Pedoqoji şuranın növbəti iclası
Yanvarın 30-da məktəbin fəaliyyət planına uyğun olaraq, növbəti Pedaqoji Şura iclası keçirildi. Məktəb Pedaqoji Şura iclasını məktəbin direktoru Səbahət Ağayevanın çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı. İclasda I yarımilin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi. Bununla yanaşı 2022-2023-cü tədris ilinin birinci yarımilində məktəbin və şagirdlərinin qazandığı nailiyyətlər pedaqoji heyyətin nəzərinə çatdırıldı. 2022-2023-cü tədris ilində məktəbin IX və XI sinifləri üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına hazırlıq, şagirdlərin Respublika fənn olimpiadalarının final turuna hazırlığı, zəif şagirdlərlə iş və digər məsələlər müzakirə edildi. İclasda direktor və direktor müavinləri ilə yanaşı məktəbin kitabxanaçı, UBR və psixoloqunun da çıxışları dinlənildi.