"Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda dəyirmi masa

        Yanvarın 26-da məktəbin tarix müəllimi Elşən Zeynalovun iştirakı ilə "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda dəyirmi masa keçirildi. Əvvəlcə tədbirdə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Elşən Zeynalov çıxış edərək, dövlətçilik ənənələrimizin bərpasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu şagirdlərin diqqətinə çatdırdı. Ulu Öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışdı. Dəyirmi masanın sonunda şagirdlər çıxışlar edərək, Heydər Əliyevin təməli qoyulmuş azərbaycançılıq ideologiyasının Azərbaycanın müasir dünyada tanınmasında, milli dövlətçiliyimizin ideya əsasını təşkil etdiyini diqqətə çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi