Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi” gecəsi

21.12.2016-cı il tarixdə məktəbimizdə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi” gecəsi keçirildi. Gecədə 293 nömrəli məktəbin direktoru Xuraman Rzayeva, 255 nömrəli məktəbin direktoru Mətanət Məmmədova, 10 nömrəli Musiqi məktəbinin direktoru Qafar müəllim iştirak edirdi. Məktəbin direktoru Arizə xanım Mahmudova çıxış edərək, Nizami Gəncəvinin həyat və yaradıcılığından söhbət açıb. Tədbirin bədii hissəsində məktəblilər Nizami Gəncəvinin yaradıcılığından nümunələr səsləndirib, əsərlərindən, poemalarından səhnəciklər nümayiş etdiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi