“Disleksiya – Öyrənmə çətinliyi” adlı seminar

Təhsildə keyfiyyətin yüksəldilməsinin təmin edilməsi məqsədilə ibtidai təhsil səviyyəsinin vacib bir təhsil pilləsi olduğunu bildiyimiz üçün ibtidai sinifdə şagird və valideynlərin qarşılaşdığı çətinlikləri nəzərə alaraq, Disleksiya təlimi üzrə peşəkar təlimçi-pedaqoq Təranə Möhsünova məktəb rəhbərliyi tərəfindən məktəbə dəvət olundu. Təlimçi – pedaqoq Təranə Möhsünova tərəfindən məktəbdə “Disleksiya – Öyrənmə çətinliyi” adlı seminar keçirildi. Təranə Möhsünova çıxış edərək, öyrənmə çətinliyi olan uşaqlarla istifadə oluna biləcək effektiv metodlar haqqında məlumat verdi. Nəzərinizə çatdıraq ki, Disleksiya anadangəlmə bir problem olduğu üçün uşaqlarda erkən yaşlarda özünü aşağıdakı əlamətlərlə göstərir:

• Danışmada gecikmə

• Yeni sözləri gec öyrənmə

• Hərəkət və koordinasiya pozuqluğu

• İstiqamət (sağ, sol, yuxarı, aşağı) və zaman (bugün, sabah, əvvəl,sonra) anlayışlarında çətinliklər

• Danışarkən düzgün sözlərdən istifadə etməmək

Həmçinin seminarda öyrənmə çətinliyi kimi qiymətləndirilən disleksiya, diskalkuliya, disqrafiya kimi pozuntular haqqında da ətraflı məlumat verildi. Seminarda belə çətinliyi olan uşaqlarla işləyərkən hansı metodlardan istifadə edildiyi nümayiş etdirildi. Dinamik bir abu havada keçən seminar maraqlı anlarla yadda qaldı. Seminarın keçirilmə müddətində müəllim və valideynlərin ibtidai sinif səviyyəsində şagirdlərin qarşılaşdığı məsələlərə aydınlıq gətirildi və problemlər tədricən öz həllini tapdı. Keçirilən seminardan müəllim və valideynlər çox razı qaldılar, həllini tapmaqda çətinlik çəkdikləri mövzülarda onlara köməklik olundu və sualları cavablandırıldı. Seminarın keçirilməsindəki dəstəyə görə Təranə Möhsünova və komandasına təşəkkürlərimizi bildiririk! İnanırıq ki, bundan sonrakı fəaliyyətimizdə birlikdə işləyib bütün çətinlikləri aşaraq daha keyfiyyətli təhsilin verilməsini və alınmasını əldə edə biləcəyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi