20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş şahmat yarışı

Məktəbin fəaliyyət planının müvafiq bəndlərinə əsasən 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı olaraq, yanvarın 19-da məktəbdə V-XI sinif şagirdlərindən ibarət fiziki tərbiyə müəllimlərinin iştirakı ilə şahmat yarışı keçirildi. Yarışda ilk öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlərə öz azadlığı, müstəqilliyi uğrunda dinc nümayişə çıxan əliyalın insanlara qarşı törədilən qırğından danışıldı. Yarışın nəticələrinə görə l yer 10 a sinif şagirdi Hacıyev Əli, ll yer 5 a sinif şagirdi Hacıyev Heydər, lll yerə- 9 b sinif şagirdi Məmmədov Elgün layiq görüldü. Qalib gələn şagirdlər diplomla mükafatlandırıldı.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

#BlackJanuary #20January1990

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi