20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş xüsusi dərslər

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı olaraq, yanvarın 19-da məktəbdə xüsusi dərslər keçirildi. Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan xüsusi dərslərdə 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verildi. Şagirdlər Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər səsləndirdilər və təqdimatlarla çıxış etdilər. Şagirdlər tərəfindən məktəbin adını daşıdığı 20 Yanvar şəhidi Kamal Məmmədovun guşəsi ziyarət olundu.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

#BlackJanuary #20January1990

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi