Şəhidlər xiyabanına ziyarət

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı olaraq, şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün aşılanması baxımından yanvarın 18-də məktəb rəhbərliyi və bir qrup şagirdin Şəhidlər xiyabanına ziyarəti təşkil olundu. Şəhidlər xiyabanında şagirdlərə 20 Yanvar faciəsi barədə dolğun məlumatlar verilib, xalqımızın şərəf salnaməsi olan 20 Yanvar hadisələrinin başvermə səbəblərindən və acı nəticələrindən danışıldı, bu faciənin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğu bildirildi. Məktəb rəhbərliyi və şagirdlər Şəhidlər xiyabanını ziyarət edərək vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi