"Müasir dərsin quruluşu", "Dərsin təlim nəticələri" təqdimatları əsasında seminar

Yanvarın 17-də məktəbin direktoru Səbahət Ağayevanın rəhbərliyi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə tərəfindən məktəbə təqdim olunan "Müasir dərsin quruluşu", "Dərsin təlim nəticələri" təqdimatları əsasında seminar keçirildi. Seminarda məktəbin inzibati və pedoqoji heyəti iştirak edirdi. Məktəbin direktoru Səbahət Ağayeva tərəfindən nümayiş olunan təqdimatlar əsasında verilən suallar ətrafında müəllimlər ilə fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı. Pedoqoji kollektivə müasir dərsin addımları slayd üzərində nümayiş etdirildi. Həmçinin məktəbin ibtidai sinif müəllimi Ruhanə Yaqubovanın hazırladığı "Uğurlu və keyfiyyətli dərsin qurulması" adlı təqdimatı da dinlənildi. Seminarın keçirilməsində məqsəd məktəbin pedoqoji heyətinin müvafiq sahə üzrə bilik və bacarıqlarının yülsəldilməsi olmuşdur. Sonda məktəb rəhbərliyi maarifləndirici və öyrədici təqdimata görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadəyə kollektiv adından təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi