"Sağlam yeniyetməlik" layihəsi çərçivəsində təlim

"Gənc Qadınlar Sülh uğrunda" təşəbbüs qrupunun təşkilatçılığı ilə 7 regionda keçirilən "Sağlam yeniyetməlik" layihəsi çərçivəsində təlimlər bizim məktəbdə də keçirildi. Təlimçilər sağlam yeniyetməlik, gigiyena qaydaları və s. barədə ətraflı məlumat verməklə yanaşı, reproduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu, insan təkmilləşdikcə reproduktiv sağlamlığın da inkişaf etməsini qeyd etdi. Görüşdə sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranması və bütün həyat boyu qorunub-saxlanması xüsusi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi