Dərslərin dinlənilməsi prosesi yanvar ayında da davam edir

Məktəbin Fəaliyyət planına əsasən müəllimlər tərəfindən fənlər üzrə açıq dərslərin keçirilməsi və rəhbərlik tərəfindən dərslərin dinlənilməsi prosesi yanvar ayında da davam edir. Bu məqsədlə yanvarın 16-da məktəbin direktoru Səbahət Ağayevanın iştirakı ilə riyaziyyat fənnindən Şəlalə İbişovanın 5 b sinfində və kimya müəllimi Şahnaz Əhmədinin 10 a sinfində dərsi dinlənildi. Dərslərdə motivasiyanın yaradılması, şagirdlərin dərsliklərlə işi, sinfin idarə olunması və sinifdə işgüzar dərs mühitinin yaradılması meyarlarına fikir verilir. Dərslərin dinlənilməsində əsas məqsəd təlim keyfiyyətinin yüksəldilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi