Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş geniş tədbir

Dekabrın 30-da məktəbin ibtidai sinif şagirdlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş geniş tədbir keçirildi. Tədbir iki hissədən ibarət idi. Birinci hissədə şagirdlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş çıxışlar nümayiş etdirdilər. Sonra şagirdlərin ifasında mahnılar, rəqslər, şeirlər ifa olundu. Tədbirin ikinci hissəsində Şaxta baba, Qar qız və Pandanın gəlişi ilə yeni il şənliyi başlandı. İbtidai sinif şagirdləri maraqlı səhnəciklər göstərdilər, yeni ilə həsr olunmuş mahnılar və şeirlər ifa etdilər. Sonda məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, tədbir iştirakçılarına təşəkkür edib, hər kəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi