31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il bayramı

Dekabrın 28-də məktəbin 2 a, 2 b və 3 b sinif şagird və müəllimlərinin iştirakı ilə məktəbdə Yeni il şənliyi keçirildi.Tədbir 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il bayramına həsr olunmuşdur.Tədbiri məktəbin direktoru Səbahət Ağayeva açaraq, “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il bayramı” münasibəti ilə müəllim və şagirdləri təbrik etdi, yeni ildə hər kəsə uğurlar arzuladı. Bayram tədbiri rəqslər və rəngarəng musiqi nömrələri ilə davam etdirildi. Şagirdlər bir-birindən rəngarəng çıxışları ilə bayram əhval-ruhiyyəsi yaratdılar. Uşaqlar Şaxta baba, Qar qız, Şurumburun və Pandanın çıxışlarını maraqla qarşıladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi