“Təlim nəticələri və qiymətləndirmə” mövzusunda görüş
Dekabrın 21-də Bakı Şəhər üzrə Təhsil İdarəsinin keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadənin rəhbərliyi ilə məktəbdə “Təlim nəticələri və qiymətləndirmə” mövzusunda görüş keçirildi. Görüşdə məktəbin inzibati və pedoqoji heyəti iştirak edirdi. Görüşün məqsədi məktəbin pedoqoji heyətinin müvafiq sahə üzrə bilik və bacarıqlarının yüksəldilməsi olmuşdur. Anar Mustafazadə çıxış edərək, təlim məqsədinin və nəticəsinin fərqlərini, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi, bu meyarlara uyğun formativ və refleksiya tapşırıqlarının qoyulması ilə bağlı incəlikləri aydın şəkildə izah etmiş, pedoqoji kollektivin dərslərinin keyfiyyətinin artırılmasına öz töhfəsini vermişdir. Sonda məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək dəvətimizi qəbul edib gəldiyinə görə məktəb rəhbərliyi və kollektivi adından Anar Mustafazadəyə öz təşəkkürünü bildirib, fəaliyyətində uğurlar arzuladı!