Azərbaycan Dövlət Pedaqoji Universitetinə ekskursiya
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Gəncə Regional Qadın Mərkəzi İctimai birliyinin dəstəyi ilə noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində məktəb rəhbərliyi, 8, 9, 10-cu sinif şagirdləri və valideynlərin iştirakı ilə görüş keçirildi. Tədbirdə qonaq qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyeva, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə, ADPU-nin Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev və Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Piriverdiyeva iştirak edirdi. Görüşün keçirilməsində əsas məqsəd şagirdlərin təhsildən yayınmasının qarşısını almaq və təhsilə maraqlarının artırılmasından ibarətdir. Tədbirdə qeyd olundu ki, bu əməkdaşlıq əslində şagirdlərin elmə, təhsilə maraqlarının artmasına, onların intellektual səviyyələrinin, dünyagörüşlərinin yüksəldilməsinə xidmət edəcəkdir. Daha sonra şagirdlər Universtetin fakültələri ilə tanış edildi. Görüş olduqca mənalı keçib və şagirdlərin hədsiz marağına səbəb olub.