Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir

Dekabrın 12-də məktəbdə Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Səbahət Ağayeva açdı. Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru qeyd etdi ki, Ulu Öndər Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilib. Azərbaycan xalqının dahilik rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Aydın görünür ki, Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya miqyasında kök atıb. Məktəbin tarix müəllimi Mehriban Poladova çıxış edərək, dünya siyasətinin nəhəngi, Azərbaycan xalqının müdrik oğlu, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin uzaqgörən siyasətindən, xalqı üçün yaratdığı xarüqələrdən, ömrünü Vətəninə və millətinə həsr etməsindən söz açdı. Daha sonra söz şagirdlərə verildi. Tədbirdə çıxış edən şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən görüntülər nümayiş olundu. Həmçinin Ümummilli liderin layiqli davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasəti işıqlandıran görüntülər də tədbirdə nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi