Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar şeir müsabiqəsi

    Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq, dekabrın 9-da məktəbdə şeir müsabiqəsi keçirildi. Müsabiqədə V-X sinif şagirdləri iştirak edirdi. Şagirdlər Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar şeirlər söylədi və müsabiqədə yer tutan şagirdlərdiplomlarla mükafatlandırıldı. Nəticələrə görə l yerə X a sinif şagirdi Xəlilova Səadət və Vll b sinif şagirdi Allahverdiyev Amin, ll yerə X a sinif şagirdi Əlizadə Gülsüm, lll yerə isə VI a sinif şagirdi Xəlilova Şəhanə layiq görüldü. Daha sonra çıxış edən məktəbin direktoru Səbahət Ağayeva bildirdi ki, Azərbaycanda bu gün ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi