"İntellektual bilik" yarışması

Dekabrın 9-da məktəbin ibtidai sinif müəllimləri Billirə Yusifova, Ruhanə Yaqubova və Nuranə Quliyevanın təşkilatçılığı ilə ll və lll siniflər arasında şagirdlərin intellektual səviyyəsinin müəyyənləşdirməsi məqsədilə "İntellektual bilik" yarışması keçirildi. Yarışmada şagirdlərə riyaziyyat, azərbaycan dili fənnlərindən məntiqli və düşündürücü suallar ünvanlandı. Yarışın nəticələrinə görə ll a, ll b və lll b sinif şagirdləri məktəb rəhbərliyi tərəfindən qalib seçilərək, hədiyyələrlə təltif olundular. Yarışın keçirilməsinin məqsədi şagirdlərin intellektual biliklərini və dünyagörüşlərini inkişaf etdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi