Azərbaycan dili fənnindən “Bilik yarışı”

    Dekabrın 8-də məktəbin foyesində Azərbaycan dili aylığı ilə əlaqədar olaraq, yeddinci siniflər arasında Azərbaycan dili fənnindən “Bilik yarışı” keçirildi. Yarışda şagirdlərə V-VII sinif proqramlarını əhatə edən mövzular üzrə suallar təqdim olundu. Suallar VII sinifdə Azərbaycan dili fənnini tədris edən müəllimlər Bəsti Cəbrayılova, Səma İsgəndərli tərəfindən hazırlanmışdır və şagirdlərin intelektual səviyyəsinə, bilik və bacarıqlarına uyğun idi. Yarışmada 7 b sinfinin şagirdləri daha çox sualı düzgün və vaxtında cavablandırdıqları üçün qalib seçildilər və diplomla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi