Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar seminar
Dekabrın 5-də məktəbdə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar 8 b sinif şagirdlərinin iştirakı ilə tarix müəllimi Mehriban Poladova seminar keçirdi. İlk öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Mehriban müəllim Ulu Öndərin həyatı, onun Azərbaycan tarixində, Azərbaycan xalqının müstəqilliyində oynadığı mühüm rolu haqqında şagirdlərə məlumat verdi. Qeyd edildi ki, Ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri-istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Seminarın yekununda qeyd olundu ki, Ulu Öndərin dediyi kimi, təhsilimizin əsas məqsədi gənc nəslə,uşaqlara təhsil verib onları gələcəyə hazırlamaq və dövlətinə, millətinə, ənənələrə, xalqına sadiq vətəndaş yetişdirməkdir.