Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr edilmiş seminar

    Noyabrın 23-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bəsti Cəbrayılovanın iştirakı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr edilmiş seminar keçirilmişdir. Seminarda Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Vətən Müharibəsində Şəhid olmuş övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Seminarı giriş sözü ilə Bəsti Cəbrayılova açaraq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edən maraqlı fikirlər səsləndirmişdir. Diqqətə çatdırmışdır ki, keçən əsrin 30-cu illərində bütün sovetlər ölkəsini bürüyən, lakin ölkəımizdə misli görünməmiş dərəcəyə çatdırılmış repressiyanın saysız-hesabsız qurbanlarından biri də Əhməd Cavad olmuşdur. Tədbirdə 8 b sinif şagirdlərinin ifasında Əhməd Cavadın “Qoynunda yer vardır, Ulduza, Aya!” şeiri səsləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi