Vətən müharibəsi şəhidi İbrahim Mahmudovun ad günü

Noyabrın 23-də məktəb rəhbərliyi və bir qrup şagirdlər Vətən müharibəsi şəhidi İbrahim Mahmudovun ad günü münasibətilə ailəsini ziyarət etdi. Şagirdlər şəhidin qısa zamanda keçdiyi həyat yolunu anası və atasından dinlədilər. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri İbrahim Mahmudov 11 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlib. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına" görə medalları ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi