IX a sinfində valideyn iclası

Noyabrın 22-də buraxılış imtahanları ilə əlaqədar olaraq, məktəbin IX a sinfində valideyn iclası keçirildi. İclasda məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlərdən söz açaraq valideynləri daha sıx əməkdaşlığa dəvət etdi. Valideynləri IX siniflərdə keçirilən diaqnostik imtahanın nəticələri ilə tanış etdi. Aşağı nəticə göstərən şagirdlər üçün təşkil olunmuş dərsdənkənar məşğələlər haqqında məlumat verdi. IX siniflərdə Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənləri üzrə təlim nəticələrinin artırılması məqsədi ilə təşkil olunmuş risk qruplarına əlavə edilmiş şagirdlərin valideynləri ilə məktəb rəhbərliyi və fənn tərəfindən müəllimləri söhbət aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi