Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair seminar

Müasir dünyada əsas qlobal problemlərdən biri mövcud ehtiyatları əhəmiyyətli dərəcədə azaldan şirin suyun çirklənməsidir. Bu çirklənmənin bir sıra səbəbləri var. Əhalinin sayının artması, sənayenin və kənd təsərrüfatının inkişafı ilə şirin suya ehtiyac kəskin şəkildə artır. Son onilliklərdə dünyanın bir çox bölgəsində su çatışmazlığı hiss olunur. Bununla əlaqədar olaraq,məktəbin coğrafiya müəllimi Nailə Məcidovanın iştirakı ilə seminar keçirildi. Tədbirdə “Su probleminin yaranma səbəbləri”, “İqlim dəyişmələrinin su ehtiyatlarına təsiri”, “Maarifləndirmə: amalımız - sudan qənaətlə istifadədir!”, “Sudan səmərəli istifadə, həyata keçirilən layihələr” və s. mövzuları müzakirə edilmişdir. İçməli və sənaye su anlayışının fərqləndirilməsi və ondan səmərəli və ehtiyatlı istifadə problemləri müzakirə edilib, su anbarlarının istismarı, çay ehtiyatlarından istifadənin transsərhəd problemləri, torpaq su ehtiyatlarının və Xəzər dənizinin çirklənməsi problemləri, ailədə və məktəbdə suyun istifadəsi və məişət suyundan istifadənin azaldılması üçün praktiki tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi