Azərbaycan dili fənnindən nümunəvi dərs

Məktəbin illik fəaliyyət planına uyğun olaraq, şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilir. Noyabr ayı məktəbdə Azərbaycan dili və ədəbiyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, tarixi tədbirlərin hazırlanması, seminar və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Noyabrın 21-də Könül Həsənovanın rəhbəri olduğu 4 c sinfində Azərbaycan dili dərsinin dinləməsi keçirildi. Dərs dinləmədə məktəb rəhbərliyi iştirak edirdi. Dərsdə mövzu haqqında şagirdlərə ətraflı məlumat verildi. Şagirdlər dərs zamanı bu mövzunu dərindən mənimsəmişdir. Dərsdə əyani vəsaitlərdən, təqdimatdan istifadə olunmuşdur. Müəllimin proqramı, icmalı və jurnalı yoxlanılmış, bunlar dərsin gedişinə uyğun idi. Sonda dərsin müzakirəsi aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi