"Uşaq hüquqları" aylığına həsr olunmuş sinif təşkilat saatı

    Noyabrın 15-də məktəbin ibtidai sinif müəllimləri Təranə Ağayeva və Nuranə Quliyeva tərəfindən "Uşaq hüquqları" aylığına həsr olunmuş sinif təşkilat saatı keçirilmişdir. Müəllimlər uşaq hüquqlarının qorunması, uşaqlara göstərilən diqqət və qayğı haqqında geniş məlumat verib. Azərbaycanda da uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimləndiyini, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə hüquqlarının daha da təkmilləşdirilməsi ilə konkret tədbirlərin və dövlət proqramlarının gerçəkləşdirildiyini qeyd edilib. Şagirdlər çıxış edərək uşaqların hüquqları ilə bağlı fikirlərini bildirdilər. Həmçinin mövzü ilə əlaqədar olaraq, şagirdlər əl işləri hazırlayıblar. Müəllimlər tərəfindən şagirdləri maraqlandıran duallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi